<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>371</hymn_number>
<title>Allah bu gün nə istər bizim hər birimizdən? İL371</title>
<lyrics>[V1]
 Allah bu gün nə istər bizim hər birimizdən?
 Sevinc və sülhlə dolu, təmiz qəlbimiz olsun.
 Allah bu gün nə istər Göyə baxan hər kəsdən?
 Müqəddəs Ruhla dolu yanar çırağı olsun.

[C1]
   Allah bu gün nə istər «İsadayam» deyəndən?
   Hər şeyi təmiz görən büllur gözləri olsun.
   Allah bu gün nə istər qarşısında durandan?
   Xeyir - duayla dolu yüyənli dili olsun.

[V2]
 Allah bu gün nə istər Kəlamı anlayandan?
 Böyük imanla birgə hər sözə əməl olsun.
 Allah bu gün nə istər «imanlıyam» deyəndən?
 Hər yərdə və hər zaman Rəbbin izzəti olsun.</lyrics>
</song>